ÜST rəsmisi: “Pandemiyanın sonu haqqında danışmaq tezdir”

      ÜST rəsmisi:    “Pandemiyanın sonu haqqında danışmaq tezdir”
  07 Noyabr 2022    Oxunub:634
“Koronavirus hələ pandemiya mərhələsindədir, mövsümi xəstəlik sayıla bilməz. Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.

Onun sözlərinə görə, insanlar COVID-19-un yüngül xəstəliyə çevrilməsi barədə fikirlər yanlışdır.

“Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir, dalğa gəlir”.

O, əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır: “Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti