Putinin G20 sammitində iştirakı həftənin sonunda bilinəcək

   Putinin G20 sammitində iştirakı həftənin sonunda bilinəcək
  07 Noyabr 2022    Oxunub:768
Bu həftə Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə gedib-getməyəcəyi məlum olacaq.
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin G20 sammitində iştirakı bu həftənin sonuna kimi bilinəcək. Peskov bildirib ki, qərar qəbul ediləndə məlumat veriləcək.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski G20 sammitində Putin olacaqsa gəlməyəcəyini qeyd edib. Rusiya prezidentinin özü sammitdə iştirakını nə təsdiq, nə də təkzib edib. Buna baxmayaraq, Ukrayna tərəfi tədbirə hazırlaşmağa davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti