Rusiyanın 120 “İsgəndər” raketi qalıb - Baş Kəşfiyyat İdarəsi

   Rusiyanın 120 “İsgəndər” raketi qalıb -    Baş Kəşfiyyat İdarəsi
  07 Noyabr 2022    Oxunub:961
Mövcud məlumatlara görə, Rusiya İrandan “Fateh-110” və “Zülfəqar” ballistik raketləri sifariş edib. Rusiyanın isə hazırda özünə məxsus 120-yə yaxın “İsgəndər” raketi var.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski “The Economist”in şərhində deyib. Onun sözlərinə görə, Ukrayna hələ ballistik raketlərə qarşı effektiv müdafiəyə malik deyil.

"Xüsusilə, oktyabr ayında hava hücumundan müdafiə qüvvələri Ukrayna ərazisində atılan 25 “İsgəndər” ballistik raketindən 3-nü vurub. Eyni zamanda kritik infrastruktur obyektlərinə son kütləvi hücum zamanı qanadlı raketlər və pilotsuz təyyarələrin təxminən 80% vurulub".

Skibitskinin fikrincə, Rusiyanı ballistik raketlərdən istifadə etməməsinə səbəb onların çatışmazlığıdır. Məsələn hazırda Rusiyada 120-yə yaxın İskəndər qalıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat vurğulayıb ki, Ukrayna indi Amerikanın “Patriot” sistemləri kimi ballistik raketləri vura bilən qabaqcıl Qərb hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyur. Bundan əlavə, ATACMS kimi daha uzun mənzilli raketlər tələb olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti