Global Times: Vaşinqtonun Ukraynada sülhə ehtiyacı yoxdur

      Global Times:    Vaşinqtonun Ukraynada sülhə ehtiyacı yoxdur
  09 Noyabr 2022    Oxunub:825
ABŞ hakimiyyəti Ukrayna münaqişəsinin həllində maraqlı deyil.
Bu barədə “Global Times” yazıb. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət ABŞ-ın sülhü təşviq edən hər hansı hərəkəti ilə bağlı illüziyalardan əl çəkməlidir. Belə ki, ABŞ dünyada hegemonluğunu gücləndirmək üçün Ukrayna və Avropadan “piyada” kimi istifadə edir:

“Vaşinqtonun əsas məqsədi əslində diplomatik yolla Ukraynanın Rusiya ilə münaqişəsində ABŞ-ın Avropa müttəfiqlərindən daha uzunmüddətli dəstək ala biləcəyi yeni strategiya qəbul etdirməkdir. Avropa artıq Ukrayna münaqişəsinin doğurduğu enerji böhranından əziyyət çəkir, həmçinin Kiyevə hərbi və maliyyə yardımı göstərməyi də öhdəsinə götürüb. ABŞ-ın bu prosesdə məqsədi Rusiya və Avropanı “yıxmaq”dır”.

AzVision.az



Teqlər:





Xəbər lenti