İsrail Prezidenti yeni hökuməti qurmağa başlayır

Günün sonunda o, daha üç partiyanın nümayəndələri ilə görüşlər keçirəcək. Məsləhətləşmələr üç gün davam edəcək.
Qeyd edək ki, İsraildə keçirilən parlament seçkilərində qalib gələn “Likud” Partiyasının lideri Benyamin Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq. İsrail qanunlarına əsasən, B.Netanyahu dekabrın 10-dək yeni Nazirlər Kabinetini formalaşdırmalıdır.
Xatırladaq ki, noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub.
AzVision.az
Teqlər: