Niaqara bayrağımızın rəngləri ilə işıqlandırıldı - VİDEO

   Niaqara bayrağımızın rəngləri ilə işıqlandırıldı -  VİDEO
  10 Noyabr 2022    Oxunub:356
Noyabrın 8-i ABŞ və Kanada arasında yerləşən, dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə görüntüləri isə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim öz tviter hesabında paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Niaqara şəlaləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması Ermənistan ictimaiyyətində narahatlığa səbəb olub. Hətta erməni mediasında bununla bağlı yazılar da paylaşılıb.

“Həmin vaxt Ermənistanın ABŞ-dakı səfirliyinin nəyə baxması ayrıca müzakirə mövzusudur”, - deyə yazıların birində qeyd olunub.

Xatırladaq ki, son illər Niaqara şəlaləsi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Dövlət bayrağının rəngləri ilə işıqlandırılır.



AzVision.az



Teqlər:







Xəbər lenti