Ərdoğan: "Rusiyanın Xersonla bağlı qərarı müsbətdir"

      Ərdoğan:    "Rusiyanın Xersonla bağlı qərarı müsbətdir"
  10 Noyabr 2022    Oxunub:799
Rusiya ilə Ukrayna arasında vasitəçilik işimiz fasiləsiz davam edir. Müharibənin nə zaman bitəcəyini söyləmək mümkün deyil. Lakin Rusiyanın Xersonla bağlı və Rusiya ordusunun qərarı müsbətdir.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, əgər Rusiya prezienti Vladimir Putin G20 sammitində iştirak edərsə onunla görüşəcək.

"Əks halda, biz Rusiya ilə telefon diplomatiyasını davam etdirəcəyik. Ümid edirik ki, vasitəçilikdə uğur qazanacağıq. Gəlin müharibənin hökm sürdüyü dünyadan sülhün hökm sürdüyü dünyaya keçid edək", Ərdoğan əlavə edib.

Qeyd edək ki, noyabrın 9-da Rusiya qoşunları Xerson vilayətində Dnepr çayının sol sahilinin arxasına çəkilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti