Hindistan Ermənistana 155 mm-lik haubitsalar verəcək

 Hindistan Ermənistana 155 mm-lik haubitsalar verəcək
  10 Noyabr 2022    Oxunub:1247
Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik ATAGS yedəkli haubitsaları verəcək.
The Hindu-nun məlumatına görə, sifariş Bharat Forge Ltd-nin törəmə şirkəti olan Kalyani Strategic Systems Ltd özəl şirkəti tərəfindən alınıb.

Nəşr Kalyani Strategic Systems Ltd-nin mətbuat xidmətinə istinadən qeyd edir ki, haubitsaların tədarükü Hindistanın “Atamanirbhar Bharat” dövlət proqramı çərçivəsində həyata keçiriləcək.

Qəzet alıcı ölkəni dəqiqləşdirməsə də, Business Standard-a görə, söhbət Ermənistandan gedir.

Qeyd olunur ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır. Müqavilənin məbləği 150 milyon dollardır, üç il ərzində həyata keçiriləcək. Şirkət həmçinin ATAGS artilleriya qurğularının 48 km mənzilli olduğunu bildirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti