Paşinyan itkin düşən ermənilərin yeni sayını açıqladı

   Paşinyan itkin düşən ermənilərin yeni sayını açıqladı
  10 Noyabr 2022    Oxunub:771
Ermənistanın Baş naziri Nikol Paşinyan itkin düşən hərbçilərin yeni sayını açıqlayıb. AzVision.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında deyib.
Baş nazirin sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 203 nəfər itkin düşüb. O bildirib ki, cari ilin sentyabrında iki ölkə sərhədində son eskalasiya zamanı isə 16 erməni itkin düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti