"Xerson hadisəsi rusların strateji ambisiyasına mane olacaq" - Britaniya kəşfiyyatı
Geri çəkilmə zamanı Rusiya qüvvələri bir neçə körpünü dağıdıb və Ukrayna qoşunlarının irəliləməsini yavaşlatmaq və gecikdirmək üçün minalar yerləşdiriblər.
"Xerson yaxınlığında Dnepr çayının qərb sahilinin itirilməsi çox güman ki, Rusiyanın Odessaya quru dəhlizi yaratmaq kimi strateji ambisiyasını reallaşdırmağa mane olacaq. Keçid məntəqələrinin sayının məhdud olması səbəbindən Rusiya qüvvələri Dnepri keçərkən həssas davranacaq”, - hesabatda yazılıb.
Xatırladaq ki. noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xerson vilayətində Dnepr çayının qərb sahilindən çıxarılması barədə göstəriş verib.
Ukraynadakı Rusiya qüvvələrinin komandanı general Sergey Surovikin geri çəkilməyə əsas səbəb kimi təchizat problemlərini göstərib.
Tural Tağıyev
AzVision.az