Onlar sizin üçün ölüblər, bizim üçün sağdırlar!

// ABŞ-dakı seçkilərdə iki rəhmətlik Konqresə seçilib

   Onlar sizin üçün ölüblər, bizim üçün sağdırlar!
  11 Noyabr 2022    Oxunub:2616
ABŞ-dakı seçkilərdə dünyasını dəyişmiş iki konqresmen yenidən seçiliblər.
Fox məlumat verir ki, bunlardan biri - Pennsilvaniya ştatından olan konqresmen Entoni Delyuka oktyabrın 9-da ölməyinə baxmayaraq, 85% səs toplayıb.

İkincisi - Tenessi ştatından Barbara Kuper 93 yaşında qovuşduğu haqqın dərgahından namizədliyini irəli sürərək, 86-cı seçki dairəsində qalib gəlib.

Göründüyü kimi, ABŞ-da demokratiya həqiqətən də inkişaf edib. Başqa ölkələrdə rəhmətliklərin ən yaxşı halda passiv seçki hüququ var, yəni olsa-olsa, səs verə bilirlər. ABŞ-da isə rəhmətliklərin aktiv seçki hüququ da tanınır, yəni seçilmək imkanları da təmin olunub. "Qabaqcıl demokratiya" bu deməkdir!

Belə məlum olur ki, ABŞ demokratiyanın təkcə beşiyi yox, həm də tabutudur.

Tariyel Həsənov
AzVision.az



Teqlər: ABŞ   Seçki   Demokratiya  





Xəbər lenti