İranda əxlaq polisi: Qadınların paltarını cırır, ləyaqətini alçaldır

      İranda əxlaq polisi:    Qadınların paltarını cırır, ləyaqətini alçaldır
  11 Noyabr 2022    Oxunub:1889
İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü aylardır ki, ölkənin bir çox şəhərlərində etirazlara səbəb olub. Beynəlxalq ictimaiyyətin gözü İranda baş verən proseslərdədir. İran qadınları çarşablarını çıxardır və vətəndaşlar İran pasportlarını yandırır. Aksiyalarda xeyli insan həyatını itirib və çoxlu sayda vətəndaş yaralanıb.
AzVision.az gündəmdə olan mövzu ilə bağlı növbəti yazını təqdim edir:

İranda əxlaq polisi kimdir?

İrşad patrulu və ya Moda polisi kimi tanınan əxlaq polisi İran İslam Respublikasının hüquq-mühafizə orqanlarına yardım edən xüsusi komandadır. 2005-ci ildə yaradılan bu komanda geyim qaydalarını pozaraq geyinən kişi və qadınları həbs etmək üçün yaradılıb.

Bu patrullar adətən iranlıların sıx səyahət etdiyi yerlərdə - parklarda, ticarət mərkəzlərində, meydanlarda və metrolarda gəzir başlarını yaxşı örtməyən qadınları saxlayırlar.

Əxlaq polisi mikroavtobusla gəzir və onları çarşablı qadınlar müşayiət edir. Saxlanılan qadınlar polis bölməsinə və ya islah müəssisəsinə aparılır, atası, əri və ya qardaşı gəlib onları azad etmək üçün onları götürənə qədər onlara necə geyinmək öyrədilir.



İranda əxlaq polisinin mövcudluğu çox müzakirə olunur. Bəziləri bu polislərin haqqı əmr edib, batildən çəkindirdiyini iddia edərkən, qarşı tərəf polisin vətəndaşların azadlıqlarına hörmət etmədiyini və bunun qeyri-islami bir əməl olduğunu müdafiə edir. Xüsusilə qadınlar üçün!

İranda İslam qaydalarından ən çox qadınlar təsirlənir. Onlar geyim tərzinə görə əxlaq polisinə yaxalanmamaq üçün çox çalışırlar. Əxlaq polisi xüsusilə yayda qadınlara rahatlıq vermir. İranlı qadınların rəngli və sərin paltar geyinməsinə icazə verilmir. Onu geyinən qadınlar polis tərəfindən polis bölməsinə aparılır. Polis idarəsində həbs olunan qadınlara gələcəkdə qaydalara əməl edəcəkləri barədə yazılı kağız imzalatdırırlar.



Çox vaxt qadınlar həbsdə olarkən paltarları əyindəcə cırılır, soyundurulur və onları çirkli qara çarşabla evlərinə göndərirlər. Əxlaq polisinə baxmayaraq, gənc qadınlar daha dar və rəngli geyimlər seçərək qaydalara etiraz edirlər. İranlı modellər sosial şəbəkədə rəngarəng yeni geyimlərini nümayiş etdirirlər.



İranlı model Sebnem Molavi 2016-cı ildə ABŞ-ın “FSHN” moda jurnalının üz qabığına çıxıb. Lakin o, İslam əleyhinə təbliğat apardığına görə həbs edilib və bir neçə gün sonra zaminə buraxılıb.

2012-ci il seçkilərində Ruhani küçələrdə əxlaq polisinin azaldılacağına söz vermişdi, lakin bu gün vəziyyət əksinədir. 2016-cı ildə mövcud əxlaq polisinə əlavə olaraq, Tehran polis rəisi 7000 kişi və qadını vətəndaş əxlaqı polisi kimi işə cəlb edib.

Əxlaq polisi insan və qadın hüquqlarını pozur, azadlıqları məhdudlaşdırır və insan ləyaqətini alçaldır. Beynəlxalq ictimaiyyət buna ciddi reaksiyası verir və İrandan buna son qoymasını tələb edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti