"Cənubi Koreya Kiyev üçün ABŞ-a mərmi satacaq" - WSJ

   "Cənubi Koreya Kiyev üçün ABŞ-a mərmi satacaq" -    WSJ
  11 Noyabr 2022    Oxunub:1598
Cənubi Koreya ilk dəfə olaraq ABŞ-a Ukraynaya veriləcək artilleriya mərmiləri satacaq.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşr yazır ki, bu cür təchizatlar Vaşinqton və Seul arasında “gizli razılaşma”nın bir hissəsi olacaq.

Qeyd olunur ki, ABŞ Ukraynaya ötürmək üçün 100 minə yaxın artilleriya mərmisi almağı planlaşdırır. Eyni zamanda, belə bir müqavilənin bağlanma vaxtı deyilmir.

Vaşinqtonun hesablamalarına görə, bu sayda mərmi Ukraynanın bir neçə həftə ərzində gərgin döyüşlər aparması üçün kifayət edəcək.

Nəşr qeyd edir ki, sursatların ABŞ vasitəsilə göndərilməsi Cənubi Koreyaya rəsmi olaraq Ukraynaya silah verməmək öhdəliyi çərçivəsində qalmağa imkan verəcək. Bundan əlavə, belə bir sövdələşmənin köməyi ilə ABŞ öz arsenallarına qənaət edə biləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   ABŞ   Mərmi  





Xəbər lenti