"Xerson müəmması" böyüyür - Dnepri keçmək üçün 1,2 milyon əsgər qurban verilib

"Xerson müəmması" böyüyür -    Dnepri keçmək üçün 1,2 milyon əsgər qurban verilib
  11 Noyabr 2022    Oxunub:1220
Son günlər dünya mediasının əsas gündəmi Rusiya qoşunlarının Xersondan çıxarılmasıdır. Qərb mediası və Ukrayna saytları bunu rus qoşunlarının tükənməsi ilə əlaqələndirsələr də, Rusiya KİV-i Xerson qərarının arxasında taktiki gediş və mühüm siyasi qərarların dayandığını iddia edir.
Xüsusi reportyor Andrey Rudenkonun bu mövzu ilə bağlı yayımladığı süjetdə isə maraqlı iddialar ortaya qoyulub. Rudenko rus qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə çıxarılması və hərbçilərin sahildə yenidən qruplaşmasından danışıb.

O qeyd edib ki, əslində ruslar Xersonu tərk etməklə ukraynalıları bu istiqamətdə müəyyən mənada tələyə salmış oldular. Çünki Kreml qüvvələrini və resursları geri çəkdiyi zaman Dnepr hər iki tərəfin arasında qalacaq və körpülər də partladılacaq.

Dnepr sahilinin müəmması: Xersonda nə baş verir? - Ekspert fikirləri
- Bu vəziyyətdə ukraynalıların hücuma keçməsi real deyil. Böyük Vətən Müharibəsi illərində Dneprdən keçmək qoşunlarımıza 1,2 milyon Qırmızı Ordu əsgərinin həyatı bahasına başa gəldi. İndiki şəraitdə pilotsuz təyyarələrin, müasir reaktiv sistemlərin və digər artilleriya silahlarının mövcudluğunu nəzərə alsaq və əgər düşmən hücuma keçməyə cəhd edərsə, o, Böyük Vətən Müharibəsi illərində itirdiyimiz canlı qüvvədən az əsgər itirməyəcək, - sujetdə qeyd edilir.

Və ya əksinə, əgər qoşunlar əvvəlki mövqelərdə, Xersonda qalsaydı, sadəcə olaraq hərbçilər məhv olacaqdı. Onların arxasında sədd rolunu oyanayacaq çay qalacaqdı. Çayda isə körpülər məhv edilərdi və buradan qurulacaq müvəqqəti keçidlər daim olaraq ukraynalıların atəşi altında saxlanılardı. Bir sözlə, Rudenko iddia edir ki, qərar verilməsəydi kütləvi itkilər qeydə alınardı.

- Buna görə də, yeganə düzgün taktika uşaqların zərbə zonasından çıxarılması qərarı idi, - Rudenko qeyd edib.

O həmçinin iddia edib ki, çayın digər sahilində ukraynalılar sıxışdırılmış vəziyyətdə qalacaq və kifayət qədər böyük qüvvə toplanacaq. Həmin böyük qüvvələr başqa istiqamətlərdə istifadə oluna bilməyəcəklər. Yəni bu mövqelərdə daimi olaraq qoşunları hərəkətsiz saxlamalı olacaqlar. Belə bir situasiyada isə Xerson uğrunda döyüşlərdə təcrübələr toplamış rus desantçılar Donetskin tam işğalı və ukraynalıları buradan sıxışdırmaq üçün hazırda hücum əməliyyatlarının aparıldığı bu istiqamətə köçürüləcəklər.

- Təbii ki, Xersonu uzun müddət saxlamaq olardı. Lakin bu, bizə ağır itkilər və böyük resurslar, o cümlədən dinc əhali arasında ölüm hallarının artması bahasına başa gələcəkdi. Əminəm ki, biz Xersona dönəcəyik, amma başqa bir istiqamətdən, - Rudenko yazısında deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Dnepr  





Xəbər lenti