Erməni hərbçilər yanğınsöndürənlərlə genişmiqyaslı təlimə hazırlaşırlar

Erməni hərbçilər yanğınsöndürənlərlə genişmiqyaslı təlimə hazırlaşırlar
  11 Noyabr 2022    Oxunub:607
Ermənistanda Cənub Hərbi Dairəsinin Gümrü və İrəvan qarnizonlarının hərbçilərinin iştirakı ilə yanğın-taktiki təlimlər keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, bir neçə gün ərzində yanğınsöndürmə briqadalarının əlaqələndirilməsi, yanğınların aşkar edilməsi və aradan qaldırılması zamanı paralel fəaliyyətlər, şəxsi heyətin xəbərdar edilməsi və təxliyəsi, şərti xəsarət alanlara yardımın göstərilməsi qaydaları işlənib hazırlanacaq.

Təlim tədbirlərinə Cənub Hərbi Dairəsinin hərbi bazasının ştatlı və ştatdankənar yanğınsöndürmə briqadaları sırasından hərbi qulluqçular da cəlb olunacaqlar.
Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasında Alagöz və Kamxud poliqonları, Erebuni hərbi aerodromu, həmçinin Gümrü və İrəvan hərbi qarnizonlarında yerləşən 20-dən çox hərbi şəhərcik və xüsusi təyinatlı obyektlər gecə-gündüz daimi yanğın təhlükəsizliyi hazırlığı rejimində saxlanılacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim  





Xəbər lenti