Pelenin Qətər proqnozu: "Brazilya dünya çempionatında qalib olacaq"

      Pelenin Qətər proqnozu:    "Brazilya dünya çempionatında qalib olacaq"
  11 Noyabr 2022    Oxunub:1525
Braziliyanın əfsanəvi sabiq hücumçusu Pele 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından gözləntilərini bölüşüb.
“Futbol kralı” qarşıdan gələn dünya çempionatının qalibi ilə bağlı proqnoz verib.

“Komandamızın meydana çıxmasını səbirsizliklə gözləyirəm. Məni özümə güvənən adlandıra bilərsiniz, amma hiss edirəm ki, biz Braziliyanın qələbəsini yenidən görəcəyik”, – Pele "Twitter"də yazıb.

Qeyd edək ki, Pele hələ də dünyada yeganə futbolçudur ki, 3 dəfə dünya çempionu olub.

Braziliya millisi tarixin ən uğurlu milli komandasıdır: onun dünya çempionatlarında beş qələbəsi var (1958, 1962, 1970, 1994 və 2002). Eyni zamanda, Braziliya yeganə komandadır ki, bütün dünya çempionatlarında iştirak edib.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Braziliya millisi Serbiya, İsveçrə və Kamerun komandaları ilə eyni qrupda mübarizə aparacaq.


Teqlər:





Xəbər lenti