Ukraynanın nəzarətinə keçən Xersondakı vəziyyət - FOTOLAR+VİDEO

   Ukraynanın nəzarətinə keçən Xersondakı vəziyyət -    FOTOLAR+VİDEO
  11 Noyabr 2022    Oxunub:1434
Ukraynanın müdafiə qüvvələri artıq Xersona daxil olub. Yerli sakinlər 11 noyabr 2022-ci il tarixini Xersonun rus işğalçılarından azad edildiyi gün kimi qeyd edirlər.
AzVision.az "RBK Ukrayna"ya istinadən xəbər verir ki, Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə geri çəkilmək əmrindən sonra Ukrayna silahlı qüvvələri Xerson vilayətinin yaşayış məntəqələrinə daxil olublar. Rayon mərkəzində Ukrayna hərbçilərin olmasına dair fotolar paylaşılıb.



Şəhərin mərkəzində Ukrayna bayrağı asılıb, sakinlər Ukrayna simvolları ilə küçələrə çıxmağa başlayıblar. Yerli mətbuatın məlumatına görə, Xerson sakinləri hərbçilərlə görüşə hazırlaşır.



Ukrayna rəsmi olaraq Xersona daxil olmaq barədə məlumat verməyə tələsmir. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi regional mərkəzin Ukraynanın nəzarətinə keçdiyini təsdiqləməsinə baxmayaraq, Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyukun kifayət qədər ağır və güclü hərbi döyüş hazırlıqları aparıldığını bildirib.

Kəşfiyyat idarəsinin məlumatına görə, Xerson Ukraynanın nəzarəti altına qayıdır, Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olur: "Rusiya işğalçıları Ukrayna ordusunun atəşi altında geri çəkilir. Ukrayna Silahlı Qüvvələrinə qarşı hər hansı cəhdlər mütləq şəkildə qarşısı alınacaq”, - kəşfiyyat xidməti qeyd edib.

Yerli vaxtla saat 17:00-a olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri demək olar ki, Xersona tam nəzarət edir. Amma Müdafiə Nazirliyi xatırladıb ki, cəbhədəki hadisələri prezident, nazirlik və Baş Qərargah rəsmən təsdiqləyib, elan edə bilər.









AzVision.az



Teqlər:



Xəbər lenti