"Qərb silahları Ukraynadan İrana gedə bilər"- Britaniyanın müdafiə naziri

"Əlbəttə, biz bunların baş verməsini istəmirik. Amma mahiyyət etibarı ilə bu, Ukraynaya kömək etməyin vacib olduğuna qərar verəndə gördüyümüz riskdir", - Uolles əlavə edib.
Nazir əlavə edib ki, bu, əks effekt də verir. Britaniya və onun NATO müttəfiqləri ukraynalıların ələ keçirdikləri Rusiya silahlarını öyrənə biliblər.
Uolles izah edib ki, İngiltərənin Ukraynaya verdiyi və İranın əlinə keçə biləcək "NLAW" tank əleyhinə raketlər hələ yeni nəsil texnologiya ilə təchiz olunmayan son dərəcə təsirli silahlardır.
Nazir detallardan da danışıb. Onun sözlərinə görə, Britaniyanın sahib olduqları ilə iranlıların inkişaf etdirdikləri - əgər onların nüvə silahı varsa, arasında fərqlər olacaq.
Qeyd edək ki, Böyük Britaniya qışda Ukraynaya dəstəyini gücləndirməyi planlaşdırır. Bu, Xerson uğrunda yaxınlaşan mühüm döyüş fonunda baş verəcək.
AzVision.az
Teqlər: