Baydenin müşaviri: "Xerson Ukrayna üçün əlamətdar qələbədir"

      Baydenin müşaviri:    "Xerson Ukrayna üçün əlamətdar qələbədir"
  12 Noyabr 2022    Oxunub:810
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Xersonun azad edilməsini Ukraynanın üstünlüklə əldə etdiyi qələbə adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Sayt Sallivandan sitat gətirərək yazıb ki, belə açıqlamaya baxmayaraq Ağ Ev rəsmisi Rusiyanın qoşunların Xerson vilayətinin sağ sahilindən tam şəkildə çıxarılması ilə bağlı iddiasını təsdiq etməyib.

"Görünür, ruslar belə qənaətə gəliblər. Və həqiqətən də belə görünür ki, bu müharibədə Rusiyanın ələ keçirdiyi yeganə regional mərkəz yenidən Ukrayna bayrağı altında olması onların möhtəşəm qələbəsidir. Bu, olduqca diqqətəlayiq haldır”, - Sallivan qeyd edib.

O vurğulayıb ki, bu, müharibənin sonu deyil. Lakin vacib məqamdır. Xersonun azad edilməsi ilk növbədə Qərbin dəstəyi və Ukrayna Silahlı Qüvvələrinin məharəti ilə bağlıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ağ-Ev   Ukrayna  





Xəbər lenti