Donetskdə “kadırovçu”larla ruslar arasında atışma olub

Donetskdə “kadırovçu”larla ruslar arasında atışma olub
  12 Noyabr 2022    Oxunub:691
Donetsk vilayətinin işğal olunmuş ərazisində səfərbər olunmuş ruslarla "kadırovçular" arasında növbəti silahlı qarşıdurma baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd edilir ki, Makiyevka şəhərində baş verən atışma 3 nəfərin ağır yaralanması ilə nəticələnib.

"Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində səfərbər edilmiş hərbi qulluqçularla Çeçenistan Respublikasından gələn işğalçılar arasında olan münasibətlər gərgin olaraq qalır", - Baş Qərargah qeyd edib.

Tural Tağıyev

AzVision.az



Teqlər: Donetsk  





Xəbər lenti