Krala yumurta atdı: Yumurta daşımaq qadağan edildi

   Krala yumurta atdı:    Yumurta daşımaq qadağan edildi
  12 Noyabr 2022    Oxunub:908
Kral III Çarlz yumurta atan tələbəyə cəza verilib. O, bundan sonra ictimai yerlərdə yumurta gəzdirməyəcək və krala 500 metrdən yaxın gedə bilməyəcək.
AzVision.az xəbər verir ki, krala yunyrta atdığı üçüm həbs edilən, sonra sərbəst buraxılan tələbə Patrik Zelvell bu barədə "The Mirror"a verdiyi müsahibədə deyib.

Hadisə zamanı insanların ona qışqırdığını, saçlarını yolduğunu deyən tələbə ölüm təhdidləri aldığını qeyd edib.

Qeyd edək ki, Kraliça II Elizabetin heykəlini açmaq üçün Yorkşir bölgəsindəki York şəhərinə gedən Kral Çarlz və həyat yoldaşı xalqa görüşərkən izdihamın içərisində bir etirazçı onlara yumurta atıb. Yumurtalar krala dəyməyib və qarşısına düşmüşdü.





AzVision.az


Teqlər:





Xəbər lenti