"Tik-tok"da yeni funksiya: Alış-verişə icazə verildi

      "Tik-tok"da yeni funksiya:    Alış-verişə icazə verildi
  13 Noyabr 2022    Oxunub:924
“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.
AzVision.az xəbər verir ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək.

Məlumata görə, yeni funksiyanı sınaqdan keçirmək üçün həmin şirkətlər müraciət də edib.

ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə start veriblər.

Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti