“Bütün dövlət orqanları xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır” - Çavuşoğlu
“İstiqlal küçəsində törədilən bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun.
Dövlətimizin bütün bölmələri (təhlükəsizlik orqanları - red) bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə çalışır”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


