Səfərbərliyə alınan ruslar komandirlərinə tabe olmurlar - VİDEO

 Səfərbərliyə alınan ruslar komandirlərinə tabe olmurlar -    VİDEO
  14 Noyabr 2022    Oxunub:1007
Rusiyanın Ukraynadakı müharibə üçün səfərbər etdiyi mülki şəxslər müdafiə nazirliyinə qarşı etiraz aksiyaları keçirirlər.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Onlar saxlanma şəraitlərindən, zabit heyətinin səfərbər olunanlarla norml rəftar etməməsindən, eləcə də təlimlərin düzgün aparılmamasından şikayət edirlər.

"Rusiyada səfərbərliyə görə etiraz aksiyaları çoxalır" - Müharibə Araşdırmaları İnstitutu
Kadrlardan birində hətta hərbi geyimdə olan etirazçılardan birinin zabitə əl qaldırması da əks olunub. Başqa bir kadrda isə əmrə tabel olmayan rusların qarşısına general çıxsa da, etirazçılar onu da təhqir ediblər. Ruslar 70-ci illərin silahları ilə təmin olunmalarına da etiraz ediblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabr ayında qismən səfərbərlik elan etdi. Bundan sonra minlərlə rus sərhəddə axışaraq ölkədən çıxmağa cəhd etdi. Səfərbərliyin ilk günlərində bu asan olsa da sonradan aidiyyəti qurumlar keçid məntəqələrindəcə ölkədən çıxmağa cəhd edən və səfərbərliyə yaşı çatan vətəndəşlara çağırış vərəqələri verməyə başladılar.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Etiraz   Rusiya  





Xəbər lenti