Erməni ordusu casus şəbəkəsinə çevrilib- Daha bir xəyanətin üstü açıldı

   Erməni ordusu casus şəbəkəsinə çevrilib-    Daha bir xəyanətin üstü açıldı
  15 Noyabr 2022    Oxunub:854
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər. AzVision.az xəbər verir ki, əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində daha bir dövlətə xəyanət faktı aşkarlanıb.
Müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, Müdafiə Nazirliyinin 2021-ci ilin avqust-noyabr aylarında elan etdiyi üç aylıq təlimlərdə iştirak etmiş hərbi qulluqçu, sıravi E.A. xarici kəşfiyyat xidmətinin əməkdaşıdır. O, öz şəxsi maraqları naminə mobil telefonla xarici kəşfiyyatla əlaqələrə girib. Belə ki, E.A. sosial şəbəkələr vasitəsilə qarovulda olan şəxsi heyətin sayını, silah-sursat, onlarda xidmət qaydası barədə dövlət və xidmət sirri təşkil edən məlumatları pul müqabilində xarici kəşfiyyatla bölüşüb.

Daha bir erməni hərbçi saxlanıldı - Hərbi sirləri 370 dollara satıb
Sözügedən şəxs Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi tərəfindən başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, ötən ay da Milli Təhlükəsizlik Xidməti iki dövlətə xəyanət faktını aşkarlamışdı. O zaman müəyyən edilmişdi ki, zabit və əsgərlər “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə əlaqələr quraraq hərbi sirrləri cəmi 200 və 370 dollara satıblar.

Qeyd edək ki, Ermənistan ordusu artıq casuslar və xainlər şəbəkəsinə çevrilib. Bu il avqust ayına kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı artıq 5 cinayət işini məhkəməyə təqdim edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Xəyanət  





Xəbər lenti