Zakir Həsənov Gürcüstanın Milli Müdafiə Akademiyasında

Zakir Həsənov Gürcüstanın Milli Müdafiə Akademiyasında
  15 Noyabr 2022    Oxunub:674
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.

Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb. Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti