Ukraynada işığın fövqəladə kəsilməsi başlayıb

Ukraynada işığın fövqəladə kəsilməsi başlayıb
  15 Noyabr 2022    Oxunub:526
Bu gün Kiyevin ardınca Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Vitali Kliçko məlumat verib.

"Energetiklər bütün Ukraynada, eləcə də paytaxtda işığı fövqəladə surətdə kəsməyə başlayıblar. Bu, enerji sisteminin balanslaşdırılmasına və avadanlıqların sıradan çıxmasının qarşısını almağa yönəlmiş zəruri addımdır", - Kliçko Telegram kanalında belə yazıb.

Paytaxt merinin sözlərinə görə, Kiyevdə istehlakçıların ən azı yarısı işıqsız qalıb.

Çərşənbə axşamı günü Ukraynanın bütün regionlarında hava həyəcanı elan edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti