AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, ilkin məlumata görə, noyabrın 15-də saat 03:20 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində çağırışçı əsgər AK-103 “Kalaşnikov” avtomatından atəş açıb. Nəticədə post rəhbəri olan sıravi Hovsepyan güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Başlanmış cinayət işi çərçivəsində hadisənin tam araşdırılması istiqamətində təxirəsalınmaz əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün Ermənistanda əsgərlər arasında atışma olması barədə xəbər yayılmışdı.
Tural Tağıyev
AzVision.az