ABŞ İranın dron istehsalçılarını cəzalandırır

   ABŞ İranın dron istehsalçılarını cəzalandırır
  16 Noyabr 2022    Oxunub:631
ABŞ Maliyyə Nazirliyi İrandan Rusiyaya pilotsuz təyyarələrin tədarük edən və ya PUA istehalı ilə bağlı olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Həmçinin Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə aktiv şəkildə məşğul olan “Vaqner ÖHŞ” şirkətinin cinayətkarlarına qarşı da sanksiyalar tətbiq edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məlumat yayıb.

O qeyd edib ki, İran dron istehsalçılarına, xüsusən də "Shahed Aviation Industries Research Center"ə, Rusiyaya pilotsuz təyyarələr göndərən şirkətlər "Success Aviation Services FZC" və "i Jet Global DMCC", Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə məşğul olan "PMC Wagner" üçün nəzərdə tutulan sankiyaları qüvvəyə minib.

Eyni zamanda, səfir vurğulayıb ki, sanksiyaların məlum məsələ ilə bağlı bütün "zəncirlərə" şamil olunması vacibdir. Bura dronların işlənmə və istehsalından tutmuş İran pilotsuz təyyarələrinin alınmasına və istifadəsinə qədər aiddir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Dron  





Xəbər lenti