"Bizim müxalifətçilər Rusiya və Azərbaycanın agentləridir" - Melkonyan

 "Bizim müxalifətçilər Rusiya və Azərbaycanın agentləridir" -  Melkonyan
  16 Noyabr 2022    Oxunub:879
Ermənistanın müxalifətində təmsil olunan siyasətçilərin əksəriyyəti başqa ölkələrin maraqlarına xidmət edirlər. AzVision.azxəbər verir ki, belə bir iddia ilə "Vətəndaş müqaviləsi” partiyasından olan millət vəkili, müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan "24TV"nin efirində çıxışı zamanı çıxış edib.
O, müxalifətin Milli Assambleyaya qayıtması barədə danışarkən qeyd edib ki, “Rəqiblər quş kimidirlər. Bəzən uçurlar, bəzən isti ölkərə getmirlər. Ermənistanda müxalifət yoxdur. Hamısı Rusiyanın beşinci kalonu və Azərbaycanın agentləridir".

Deputat imzalanacaq sülh sazişinə də toxunub: “Ermənistanla Azərbaycan arasında sülh mümkündür. Lakin bunun bu il baş tutması mümkün deyil".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Müxalifət  





Xəbər lenti