Seçilsə, ABŞ-ın ikinci yaşlı prezidenti olacaq - Bu yolda Trapma mane olacaq 6 səbəb

 Seçilsə, ABŞ-ın ikinci yaşlı prezidenti olacaq -  Bu yolda Trapma mane olacaq 6 səbəb
  16 Noyabr 2022    Oxunub:675
ABŞ-ın 45-ci prezidenti Tramp tərəfdarlarının çoxdan gözlədiyi xəbəri açıqlayıb. Belə ki, o, 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürücəyini qeyd edib. Yenidən prezident olmaq istəyən Trampı nələr gözləyir?
Tramp ikinci dəfə prezident olmaq istəyir. Keçmiş ABŞ liderlərinin seçkilərdə məğlub olduqdan sonra yenidən namizədliyini verməsi tez-tez rastlaşdığımız bir hal deyil.

Xəbərlərə görə, Trampın köməkçiləri kampaniyanın 2020-ci ildəkindən daha çox 2016-cı ildəkinə bənzədiyini söyləyir. 2016-cı ildə Tramp öncə Respublikaçı rəqiblərini, sonra isə Demokratların namizədi Hillari Klintonu az fərqlə məğlub etmişdi. Bu isə gözlənilməz bir uğur idi.

BBC-dən Entoni Zurçerin xəbərinə görə: Tramp 8 il öncə siyasi müstəvidə boş səhifə idi. Hər hansı bir dövlət vəzifəsində çalışmadığı üçün seçicilər ümidlərini ona bağlayırdı. Keçmiş uğursuzluqlarına işarə edən tənqidçilər olmadığı üçün böyük vədlər verə bilirdi.

Artıq vəziyyət belə deyil. Tramp 4 illik prezidentlik dövründə vergi endirimləri daxil olmaqla bir çox uğura imza atsa da, eyni zamanda bir sıra uğursuzluqlara da səbəb olub. Respublikaçılar onun demokratik səhiyyə islahatlarının ləğvi məsələsindəki uğursuzluğunu hər zaman xatırlayacaq. Həmçinin, Trampın koronavirus epidemiyasına münasibəti də unudulmur. Demokratlar uzun müddətdir ki, Trampın epidemiyaya kifayət qədər ciddi yanaşmadığını söyləyərək tənqid edirdilər, lakin onun hökumətin təyin etdiyi risklərin azaldılması səylərini dəstəkləməkdə həddən artıq irəli getdiyinə inananlar da var.

Tramp namizədlik yarışında sadəcə prezidentlik təcrübəsi ilə mübarizə aparmayacaq. O eyni zamanda prezidentlik dövrünün necə bitməsinə və 6 yanvarda Konqres binasına hücumda roluna aydınlıq gətirməli olacaq. Həmin hadisədə Tramp tərəfdarlarının onun şəkli olan plakatları göstərməsi də asanlıqla unudulmayacaq.

Trampın prezident seçkilərinə bu qədər həvəsli olmasının digər səbəbi üzləşdiyi problemləri siyasi müstəvidə həll etməkdir. Keçmiş prezident hal-hazırda seçkilərin saxtalaşdırılması iddiası ilə açılan cinayət işi, şirkətini hədəf alan mülki fırıldaq işi, cinsi təcavüz iddiası, Konqres hücumundakı rolu və prezidentlik dövründə məxfi sənədləri gizlətmək iddiaları ilə qarşı qarşıyadır.

Nəvbəti prezident seçkilərində Tramp qalib gəlib, and içsə 78 yaşı olacaq. Bu, Co Baydenin “Ağ saray”a köçdüyü yaş ilə eynidir və ABŞ tarixindəki 2-ci ən yaşlı prezident olacaq. Trampın seçimlərdə gənc namizədlərlə qarşı-qarşıya gələcəyini düşünsək, onun şansının az olacağı danılmazdır.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti