Nümayəndələr Palatasına nəzarəti respublikaçılar ələ keçirəcək
Telekanalın qeyd etdiyi kimi, təxminən səkkiz yerdə qeyri-müəyyənlik qalır - Kolorado və Kaliforniya ştatlarının dörd əyalətində hesablamalar davam edir. Vaşinqton, Arizona, Alyaska və Nyu Yorkdakı seçki dairələrində nəticələr qeyri-müəyyən olaraq qalır.
Nümayəndələr Palatasına nəzarətin Respublikaçılar Partiyasına keçəcəyini CNN, "Fox News" və CBS də proqnozlaşdırır.
Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri noyabrın 8-də keçirilib. Əksər media və rəy sorğuları onların inamlı qələbəsini proqnozlaşdırsa da, respublikaçılar mülayim nəticələr göstəriblər. Səslərin hesablanması davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


