Rusiya Ukraynaya raket zərbələri endirib, 4 nəfər ölüb

   Rusiya Ukraynaya raket zərbələri endirib,    4 nəfər ölüb
  17 Noyabr 2022    Oxunub:841
Rusiya hərbçilərinin Ukraynanın Zaporojye vilayətinin Volnyansk rayonunun yaşayış məntəqələrindən birinə raket zərbəsi endirməsi nəticəsində mülki obyektlər dağılıb, 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
AzVision.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib. Onun sözlərinə görə, üç raket mülki obyektə düşüb: “İkimərtəbəli yaşayış binası dağılıb. Dağıntılar altında insanlar qalıb".

Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar. Məlumata görə, həmçinin Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan əlavə, Dneprdə isə raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Vurğulanıb ki, hava hücumu nəticəsində sənaye müəssisəsi və yaxınlıqdakı yaşayış binaları zədələnib. Bütün zərərçəkənlərin vəziyyəti orta ağırdır. Eyni zamanda Odessada da 3 nəfərin hava hücumu zamanı xəsarət aldığı qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti