Siemens Rusiya aktivlərini satdı

   Siemens Rusiya aktivlərini satdı
  17 Noyabr 2022    Oxunub:593
Siemens Rusiyadakı maliyyə və lizinq biznesini satıb. Bu barədə məlumat qrupun maliyyə hesabatlarında öz əksini tapıb.
Siemens hələ may ayında Rusiya bazarından çıxması ilə bağlı elan vermişdi. Şirkət bunu Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə əlaqələndirmişdi.

2022-ci ilin sonunda şirkət Rusiya ilə bağlı əməliyyatlardan təxminən 400 milyon avro gəlir itirməyə hazırlaşır. Lakin gələn il ölkəni tərk etdikdən sonra ciddi mənfi maliyyə nəticələri gözlənilmir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti