Ermənistan XİN: "Yalnız Ermənistan və Azərbaycan variantları var"

      Ermənistan XİN:    "Yalnız Ermənistan və Azərbaycan variantları var"
  17 Noyabr 2022    Oxunub:751
"Azərbaycan-Ermənistan danışıqları kontekstində sənədlərin ayrıca Rusiya və ya ABŞ variantları yoxdur".
Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistana təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmasının ümumi prinsipləri əksini tapıb:

"Hazırda danışıqlar İrəvan və Bakının təklifləri əsasında aparılır. Ümumi prinsiplərə 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir. Oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.

Rusiya, Fransa, Avropa İttifaqı və ya ABŞ variantları yoxdur, yalnız Ermənistan və Azərbaycan variantları var. Danışıqlar iki ölkənin yanaşmaları ətrafında reallaşır. Hazırda danışıqlar prosesi müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması və s".

AzVision.az



Teqlər:





Xəbər lenti