Titanik sərnişininin cib saatı 118 min dollara hərraca çıxarılacaq

   Titanik sərnişininin cib saatı 118 min dollara hərraca çıxarılacaq
  17 Noyabr 2022    Oxunub:1148
Titanik gəmisinin sərnişini olmuş şəxsin cib saatı 118 min dollara hərraca çıxarılacaq. Bu barədə Daily Mail yazır. Bildirilir ki, saat sahibinin gəmi ilə birlikdə batdığı andan etibarən işləməyib.
Saat Oskar Vudiyə məxsus olub. Onun cəsədi faciədən on gün sonra sudan çıxarılıb. Şəxsi əşyaları ailəsinə təhvil verilib. Şəxs Titanikdə poçt müdiri vəzifəsində çalışıb. Gəmi batmağa başlayanda o və dörd həmkarı yüzlərlə poçt çantasını yuxarı göyərtələrə daşıyaraq xilas etməyə çalışıblar. Saatı Oskarın dul xanımı Vudinin üzvü olduğu Mason Lojasına verib.

“Bu, yəqin ki, son illərdə hərraca çıxarılan Titanik xatirə əşyalarının ən ikonik və mühüm hissələrindən biridir”, - ekspertlər deyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti