Qəzzada baş verən yanğında azı 20 nəfər ölüb

   Qəzzada baş verən yanğında azı 20 nəfər ölüb
  17 Noyabr 2022    Oxunub:621
Qəzzanın şimalında Cəbəliyə qaçqın düşərgəsində yerləşən yaşayış binasında baş verən yanğında azı 20 nəfər ölüb. Bu barədə cümə axşamı Fələstinin WAFA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, ölənlər arasında uşaqlar da var. Hadisə yerində çoxlu xilasedicilər və yanğınsöndürənlər var. Yanan binadan təxliyə edilən yaralılar tibbi yardım üçün Beyt Lahia şəhərinə aparılıb.

Yanğının səbəbi hələ müəyyən edilməyib

AzVision.az


Teqlər:





Xəbər lenti