"İran indi də Qafanda iqtisadi varlığını artırır" - Hraparak
"İran Qafanda konsulluq açmaqla yanaşı, həm də bölgədə iqtisadi mövcudluğunu təmin etməyə çalışır. Əldə etdiyimiz məlumata görə, “Qafan” bazarının sahibi ilə uzunmüddətli icarə müqaviləsi bağlanıb. “Qafan” oteli də icarəyə verilir.
Qafanda hamı bilir ki, buradakı təsərrüfatların, obyektlərin sahibi Gorusda doğulmuş "Londik" ləqəbli Edik Barseqyandır. O, Zəngəzurun qubernatoru olub. Lakin dünən Barseqyan bizə dedi ki, onun burada hansısa binanın tikintisi, icarəsi ilə heç bir əlaqəsi yoxdur. Biz binanın iranlılara icarəyə verilməsi barədə soruşduqda o, ortada belə bir razılaşmanın olmasını inkar etməyə başladı. Müsahibimiz hətta qeyd etdi ki, ora Sassun nəzarət edir və obyektdə 2 ay əvvəl təmir işləri aparıb. Əgər həmin obyektlər sənin deyilsə, bu detalları haradan bilirsən sualına isə "Londik" "Mən Sassunu yaxından tanıyıram, dostuq" deməklə cavab verdi.
Sassunun telefon nömrəsini istədik. O "bilmirəm" cavabını verdi və "yalnız o mənə zəng edir, mən zəng edə bilmirəm" dedi. Sassun bir vaxtlar Londikin işçisi, sürücüsü olub və belə çıxır ki, nə vaxtsa bütün bu işlərə rəhbərliyi öz üzərinə götürüb”, - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


