Lerik sakini Gəncədə qəzaya düşdü

Lerik sakini Gəncədə qəzaya düşdü
  11 May 2014    Oxunub:1028
Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

AzVision.az xəbər verir ki, 45 yaşlı Lerik rayon, Kürdəsər kənd sakini Cəlal Xosrofov Gəncə şəhər sakini, 24 yaşlı Rza Məmmədova məxsus "Kia Rio" markalı avtomobil tərəfindən vurulub. Sürücü tərəfindən Gəncə şəhər TTYX-yə aparılan yaralı travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, C.Xosrofovun sağ bud-çanaq oynağı əzilib və vəziyyəti kafidir.

Qeyd edək ki, C.Xosrofov şəhərin N saylı hərbi hissəsində xidmət edən oğlunun andiçmə mərasimində iştirak etmək üçün Gəncəyə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır. (anspress)


Teqlər:





Xəbər lenti