İsveç prokurorluğu “Şimal axını”nda təxribat faktını təsdiqləyib

   İsveç prokurorluğu “Şimal axını”nda təxribat faktını təsdiqləyib
  18 Noyabr 2022    Oxunub:640
İsveç prokurorluğu “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribat faktını təsdiqləyib. Bu barədə “Reuters” məlumat yayıb.
"Baltik dənizində aparılan cinayət hadisəsinə baxış zamanı çoxlu sübutlar toplanıb, ərazidə olan hər şey diqqətlə sənədləşdirilib", - materialda deyilir.

İlkin istintaqa rəhbərlik edən prokuror Matsa Yungkvist bildirib ki, partlayıcı maddələrin qalıqları hadisə yerində, boru kəmərlərinin yaxınlığında aşkarlanıb.

Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, hadisə ilə bağlı daha dolğun nəticə çıxarmaq üçün araşdırmalar davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti