KİV: Polşaya ayılan raket Qərbin Rusiyaya qarşı ritorikasını dəyişdi
Məqalə müəllifləri raketlərin Polşaya düşməsindən sonra ABŞ-ın Rusiyaya qarşı ritorikasının kəskin şəkildə dəyişdiyinə də diqqət çəkib.
“Bu dəfə onlar Baltikyanı ölkələrini mümkün qədər tez inandırmaq təşəbbüsü ilə çıxış etdilər ki, raketi Rusiya deyil, Ukrayna buraxdı, halbuki (Ukrayna prezidenti Vladimir) Zelenski hər şeyi təkzib etdi”, - nəşr yazır.
Ekspertlərin fikrincə, Polşada raketlərlə bağlı insident NATO-ya üzv ölkələrin səbrini sınayıb. “The Global Times”ın müəllifləri yazır ki, hadisə Şimali Atlantika Alyansının Rusiya ilə qarşıdurmaya getməyəcəyini nümayiş etdirdi.
Qeyd edək ki, noyabrın 15-də Polşanın şərqində, Lyublin voyevodalığının Prjevodov kəndinə iki raket düşüb, iki nəfər həlak olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


