Zelenski: “Rusiya gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə nail olmağa çalışır”

      Zelenski:    “Rusiya gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə nail olmağa çalışır”
  19 Noyabr 2022    Oxunub:1073
Rusiya indi gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə nail olmağa çalışır ki, bu yolla həqiqətən də müharibəni bitirmək mümkün olmasın.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Halifax Beynəlxalq Təhlükəsizlik Forumunun iştirakçılarına videomüraciətində deyib. Onun sözlərinə görə, müharibənin dayandırılması özlüyündə sülhə zəmanət vermir. “Rusiya indi qısa bir atəşkəs, gücünü bərpa etmək üçün möhlət axtarır. Bəziləri bunu müharibənin sonu adlandıra bilər, lakin belə bir möhlət vəziyyəti daha da pisləşdirəcək.

Ərazimizdən və ya suverenliyimizdən keçmək barədə hər hansı fikir sülh sayıla bilməz. Amoral kompromislər yeni qan tökülməsinə səbəb olacaq. Həqiqi, davamlı və səmimi sülh yalnız Rusiya təcavüzünün tamamilə məhv edilməsinin nəticəsi ola bilər”.

AzVision.az


Teqlər:



Xəbər lenti