Estoniya və Latviya yüz milyonlarla avroluq silah almağı planlaşdırır

   Estoniya və Latviya yüz milyonlarla avroluq silah almağı planlaşdırır
  19 Noyabr 2022    Oxunub:818
Estoniya və Latviya 693 milyon avro dəyərində hərbi avtomobillərin birgə alınmasını planlaşdırıblar.
Ayrılan vəsait üç departament arasında bölüşdürüləcək: Estoniya Silahlı Qüvvələri, Müdafiə Liqası (Estoniya Müdafiə İttifaqı - Red) və Polis və Sərhəd Mühafizəsi İdarəsi. Silahlı Qüvvələrə ilk növbədə yolsuzluq avtomobilləri, yük maşınları, həmçinin xüsusi texnika, o cümlədən kran və yedəklər lazımdır.

Ordunun bu gün də istifadə edilən ən köhnə yük maşınları 1970-ci illərdə istehsal edilib. Alış-verişin nəticəsi avtomobillərin qiymətlərindən asılı olacaq. Estoniya Silahlı Qüvvələri 1 000-2 000 avtomobilin olacağını proqnozlaşdırır.

AzVision.az



Teqlər:





Xəbər lenti