Britaniyada yaşayış standartları rekord həddə düşə bilər

   Britaniyada yaşayış standartları rekord həddə düşə bilər
  19 Noyabr 2022    Oxunub:1031
Böyük Britaniyada ev təsərrüfatları qeydlər başlayandan bəri həyat standartlarında ən böyük enişlə üzləşəcək və rekord inflyasiya yerli iqtisadiyyatı daha da uzunmüddətli tənəzzülə sürükləyəcək.
Bu barədə “The Guardian” qəzeti Büdcə Məsuliyyəti İdarəsinin (OBR) yenilənmiş proqnozlarına istinadən xəbər verir. Qeyd olunub ki, Böyük Britaniya bir ildən çox davam edəcək və yarım milyon insanı işsiz qoyacaq tənəzzülə üzləşib, ev təsərrüfatları isə həyat standartlarının ən böyük azalması ilə qarşı-qarşıyadır.

Növbəti iki il ərzində ailə gəlirlərinin azalması 7% ola bilər. Belə ki, ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin aşağı düşməsi o qədər kəskin olacaq ki, əmək haqqı artımı inflyasiya və faiz dərəcələri ilə ayaqlaşa bilmədiyi üçün son səkkiz ildəki artımı siləcək:

“Bu, vaxtı faktiki olaraq 2013-cü ilə qaytaracaq. İqtisadiyyat 2% kiçiləcək ki, bu da 2024-cü ilin ikinci yarısına qədər işsizliyin 505 min nəfər artmasına səbəb olacaq”.

AzVision.az



Teqlər:



Xəbər lenti