Aİ Nigerə hərbi missiya göndərməyi planlaşdırır

Nəşrin məlumatına görə, qərar dekabrın ortalarında verilə bilər. Gələn il missiyanın bölgəyə göndəriləcəyi gözlənilir. Missiya üç il müddətində fəaliyyətdə olacaq.
Məqsəd Niger silahlı qüvvələrinə təlim keçmək, hərbi qurumları dəstəkləmək və silahlarla təmin etmək olacaq. Vəsaitin hazırda Aİ ölkələrindən Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü birgə maliyyələşdirən Avropa Sülh Fondundan ayrılması gözlənilir.
AzVision.az