İstanbuldakı terror aktından sonra 3 Moldova vətəndaşı saxlanılıb

İstanbuldakı terror aktından sonra 3 Moldova  vətəndaşı saxlanılıb
  19 Noyabr 2022    Oxunub:779
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Türkiyənin İstanbul şəhərində 6 nəfərin həyatına son qoyan terror aktından sonra respublikanın 3 vətəndaşının Bolqarıstanda saxlanması ilə bağlı məlumatı təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Saxlanılan üç nəfərin ölkəmiz vətəndaşlığı təsdiqlənib”, - nazirliyin açıqlamasında bildirilir. Xarici İşlər Nazirliyi terror aktını pisləyib və Moldova hakimiyyətinin birgə təhqiqata açıq olduğunu bəyan edib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

AzVision.az



Teqlər: İstanbul   Terror   Moldova  





Xəbər lenti