Qazaxıstanda seçkilər: İlk 5 saatda 38,55 faiz seçici fəallığı var

Qazaxıstan MSK-nın məlumatına görə, seçkilərin ilk beş saatı ərzində ən çox seçici fəallığı Türkistan vilayətində qeydə alınıb – 64,21 faiz. Paytaxtda səsvermədə iştirak edənlərin sayı 19,33 faiz, Almatı şəhərində 16,88 təşkil edir. İndiyədək səsvermədə seçici siyahılarına daxil olunmuş 11 milyon 950 min 485 seçicidən 4 milyon 607 minə qədəri iştirak edib.
Dövlət başçısı postu uğrunda hazırki Prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.
AzVision.az
Teqlər: