Saakaşvilinin zəhərlənməsi ilə bağlı rəsmi AÇIQLAMA

Şənbə günü Saakaşvilinin vəkili Valeri Qelbaxiani jurnalistlərə deyib ki, biopsiya nəticəsində Saakaşvilinin bədənində zəhərli maddələr aşkarlanıb. Keçmiş prezidentin anası Giuli Alasania ağır metalların, o cümlədən civənin olduğunu qeyd edib. Təfərrüatların gələn həftənin əvvəlində açıqlanması gözlənilir.
Bu gün saat 14:00-da Tbilisidə hökumət binası yaxınlığında eks-prezident Saakaşviliyə dəstək məqsədilə “Mixail Saakaşvili sağ qalmalıdır”, “Mişaya azadlıq” aksiyası keçirilib. Aksiyanın təşkilatçısı məhbusun atası Nikoloz Saakaşvili olub. Saakaşvili və ailəsinin tərəfdarları 50 gün davam edən aclıq aksiyasından sonra keçmiş prezidentin səhhətində yaranan problemə görə azadlığa buraxılmasını tələb edirlər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: