Moskvada gül anbarında yanğın: 2 nəfər ölüb

   Moskvada gül anbarında yanğın:    2 nəfər ölüb
  20 Noyabr 2022    Oxunub:696
Moskvanın Komsomolskaya meydanı yaxınlığında gül anbarında yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.

“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən iki nəfərin cəsədini aşkar ediblər”, - deyə bildirib.

Qeyd edilib ki, söndürülən yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti