Kolumbiyada silahlı toqquşmalar: 18 ölü

Kolumbiyada silahlı toqquşmalar:    18 ölü
  21 Noyabr 2022    Oxunub:507
Kolumbiyanın Putumayo departamentində iki qanunsuz silahlı qruplaşmanın üzvləri arasında baş verən qarşıdurmada azı 18 nəfər ölüb.
Bu barədə ölkənin Ombudsman Aparatı məlumat yayıb. “Ombudsman Aparatı Puerto-Qusman şəhəri yaxınlığındakı kənd ərazisində qanunsuz silahlı qruplar arasında toqquşmalar zamanı 18 nəfərin həlak olmasından təəssüflənir”, - mətndə bildirilib.

Yerli orqanların məlumatına görə, qarşıdurmada tərk-silah edilmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri”nin təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan “Karolina Ramires Cəbhəsi” və “Komandos de la frontera” cinayətkar dəstələri iştirak edib. Yaraqlılar Ekvadorla sərhəd zonada narkotik ticarətinə nəzarət etmək üçün mübarizə aparırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti